Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb.

Ekspertlər Ermənistan vasitəsilə Araz çayının çirklənməsini burada sağlamlıq böhranının əsas amillərindən biri hesab edirlər. Mütəxəssilərin fikrinə görə, xəstəliyin yaranmasının əsas səbəbi Arazın Ermənistandakı mədən və fabriklərin çirkab suları ilə çirklənməsidir.

Ekofəal Əhməd Bayburdi bu haqda deyib: “20 ildən artıqdır ki, Ermənistanın sənaye müəssisələri və mədənlərinin Arazı çirkləndirməsindən yazıram. Biz indi elə bir məqama çatmışıq ki, Ermənistanın sənaye tullantılarına nəzarət etmək imkanı və qətiyyəti yoxdur. Bu işdə biliyə əsaslanan şirkətlər hərəkətə keçməlidir. Arazın Ermənistan tərəfindən çirkləndirilməsi danılmaz həqiqətdir və mümkün qədər tez nəzarət altına alınmalıdır”.

Bayburdi həmçinin deyib ki, bölgə əhalisi iqtisadi problemlərlə mübarizə apararkən Arazın çirklənməsi insanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …