Cümə , Oktyabr 16 2026
azfa

Anti-Azərbaycan qüvvələrin istəyi ilə Qərbi Azərbaycanın yerli olmayan qeyri-türk valinin vəzifədə saxlanacağı bildirlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, anti-türk qüvvələrin səyi ilə Qərbi Azərbaycanın yerli olmayan qeyri-türk valinin vəzifədə saxlanacağı bildirlir.

Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra bir sıra əyalətlərdə valilər dəyişdirilib və bu proses davam edir. lakin Qərbi Azərbaycan əyalətində qeyri-türk və yerli olmayan vali Məhəmməd Sadiq Mötəmediyanın vəzifədə saxlanılması barədə məlumatlar yayılıb.

Əli Xaməneinin Qərbi Azərbaycandakı nümayəndəsi, Urmiya şəhərinin cümə imamı Seyid Mehdi Qureyşi kürd əsilli valinin vəzifədə saxlanılması ilə bağlı hökumətə məktub yazıb.

Bildirilir ki, anti-Azərbaycan mövqeyi ilə tanınan cümə imamının məktubunu bölgədən İran parlamentinə təyin edilən kürd millət vəkilləri də imzalayıb.

Onlar Məhəmməd Sadiq Mötəmediyanın vəzifəsində saxlanılmasını Ali Milli Təhlükəsizlik Şurasının “etnik tarazlığın qorunmasının zəruriliyi haqqında” qərarı!” ilə əlaqələndirirlər.

Bu barədə məlumatın yayılması sosial media platformalarında müzakirə mövzusuna çevrilib və Azərbaycan türkləri əyalətə yerli valinin seçilməməsinə etiraz ediblər.

Onlar Məsud Pezeşkianın seçki qabağı azərbaycanlılara verdiyi vədləri xatırladıb, Prezidenti vədlərinə əməl etməməkdə günahlandırıblar.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …