Molla rejimi azərbaycanlı fəal Tahir Nəqəvi və Mürtəza Pərvini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəal Mürtəza Pərvin və hüquq müdafiəçisi, vəkil Tahir Nəqəvini həbs cəzasına məhkum ediliblər.

Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi azərbaycanlı fəalları şərləyərək, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırıb.

Rejimin məhkəməsi həmin ittihamlara görə də, Mürtəza Pərin və Tahir Nəqəvi hər biri 6 il həbs cəzasına məhkum edib.

Məhkəmənin başqa bir qərarına görə, Tahir Nəqəvi həbs müddəti bitdikdən sonra, 2 il müddətinə ölkədən çıxışına, ictimai fəaliyyətinə və qruplara üzv olmasına qadağa qoyulub.

Qeyd edək ki, fevralın 6-da Mürtəza Pərvin Ərdəbildə, Tahir Nəqəvi isə Kərəc şəhərində həbs ediliblər. İrqçi fars-molla rejimi azərbaycanlı fəalları qeyri-müəyyən vəziyyətdə uzubn müddət həbsdə saxlayıb.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …