Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Salar Tahir Əfşarı 5 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi azərbaycanlı fəal Salar Tahir Əfşarı 5 il müddətinə azadlıqdan məhrum edib.

Azərbaycanlı fəal Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Sələvatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək niyyəti ilə toplanma və əlbir olmaq” ittihamı ilə çıxarılıb.

Cənab Salar Tahir Əfşar şəxsi İnstaqram səhifəsində dərc etdiyi postda hökmü dünən şəxsən gördüyünü açıqlayıb. Onun ittihamları üzrə Vədud Əsədi ilə birlikdə bu il mayın 21-də məhkəmə iclası keçirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …