Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal Tahir Nəqəvinin vəziyyəti ilə bağlı BMT-nin xüsusi məruzəçisi narahatlığını ifadə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Loler molla rejimin Evin zindanında həbsdə saxladığı türk hüquqşünas və fəal Tahir Nəqvinin vəziyyətindən narahatlığını bildirib.

Xanım Loler X sosial şəbəkəsində yazıb ki, “Vəkil və fəal Taher Nəqəvi xəstəxanada müalicə olunmur və o təhlükəli məhbusların yanına yerləşdirilir. Bu, onun təhlükəsizliyi üçün ciddi narahatlığa səbəb olur. İran tərəfi onun təhlükəsizliyi üçün zəmanət verməlidir.”

Taher Naqəvinin həbsxana paltarı geyinməsinə və qandallara qarşı çıxmasına həbsxana rəhbərliyi tərəfindən xəstəxanaya göndərilməsi və tibbi müayinədən keçməsinin qarşısı alınıb. Artıq ikinci dəfədir ki, həbsxana rəsmiləri onun xəstəxanaya köçürülməsinə mane olurlar.

Qeyd edək ki, ötən il fevralın 17-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən, sonra Evin zindanına köçürülən və təxminən 9 aya yaxındır ki, müvəqqəti həbsdə olan bu azərbaycanlı vəkil bu yaxınlarda Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il müddətinə həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …