Bazar , Sentyabr 20 2026
azfa

Ermənistan mədənlərinin Araz çayını çirkləndirməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi zaman-zaman Ermənistan mədənlərinin Araz çayını çirkləndirməsini dansa da, bəzən bu məsələni etiraf etməyə məcbur olur.

Şərqi Azərbaycan əyalətinin Mülki Müdafiə Baş İdarəsinin rəisi Məhəmməd Beyg deyib ki, Araz çayının yuxarı axınında yerləşən Ermənistanın mədənləri bəzən bilərəkdən və ya “səhvən” bənddəki tullantılarını Araz çayına axıdırdılar və bəlkə yenə də buna davam edirlər.

Onun sözlərinə görə, Araz çayı iki sahədə nüvə və ya radiasiya və fiziki və ya kimyəvi çirklənmə təhlükəsi ilə üz-üzə qalıb.

Bununla belə o iddia edib ki, İran Atom Enerjisi Təşkilatının bölgədə apardığı araşdırmalardan və torpaq və suyun intellektual monitorinq sistemi ilə təchiz edilməsindən sonra Araz çayında nüvə çirklənməsinə heç bir əsasın olmadığı açıqlanıb.

O iddia edib: “İran hökuməti Araz çayının Ermənistan tərəfindən çirklənməsi ilə bağlı məsələni araşdırmağa başlayıb, tullantıları minimuma endirib və bildirilib ki, vəziyyət çirklənmə səviyyəsinə çatmayıb”.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …