Bazar ertəsi , Dekabr 2 2024
azfa

Sayın Mikayil bəy Oyta avstraliyalı qocaman siyasətçi Philip Maxwell Ruddock-a İranın Güney Azərbaycanda törətdiyi ekoloji fəlakət barədə bilgi verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta görüş zamanı avstraliyalı qocaman siyasətçi Philip Maxwell Ruddock-a İranın Güney Azərbaycanda törətdiyi ekoloji fəlakət, eləcə də Urmiya gölünün qurudulması məsələsi barədə bilgi verib.

Avstraliyalı qocaman siyasətçi Philip Maxwell Ruddock isə öz növbəsində Urmiya gölü və ümumiyyətlə Güney Azərbaycanda İranın törətdiyi ekoloji fəlakət barədə ilgili siyasətçilərlə müzakirələr aparacağına söz verib.

Qeyd edək ki, hörmətli Philip Maxwell Ruddock Avstraliyanın keçmiş Ədalət baş naziri olub, daha sonra bələdiyyə başqanı olub və ümumiyyətlə uzun müddət Avstraliyada siyasət aləmində olub. O, Avstraliya-Azərbaycan Assosiasiyasının ofisində olub və Mikayil bəylə görüşüb, müzakirələr aparmışdır. Sayın Mikayil bəylə uzun müddətdən bəri fikir mübadiləsi aparan siyasətçi, Mikayil bəyin xahişi ilə çox sayda azərbaycanlının oturum probleminə yardımçı olub.  

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oytanın COP-29 və Güney Azərbaycanın məruz qaldığı ekoloji problemlərlə bağlı müsahibəsi- Səs

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Türkiyə xüsusi təyinatlıları Suriya sərhədində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə xüsusi təyinatlıları və özəl qüvvələri Suriya ilə …