Bazar , Oktyabr 18 2026
azfa

Türkiyə xüsusi təyinatlıları Suriya sərhədində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə xüsusi təyinatlıları və özəl qüvvələri Suriya ilə sərhəd əraziyə yeridilib.

Türkiyədəki bəzi mənbələr bu barədə məlumat yayıb.

Qeyd edilir ki, Suriya Milli Ordusunun (Azad Suriya Ordusu) Tel-Rıfatı PKK terrorçularından təmizləməsindən sonra bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə Türkiyə xüsusi təyinatlılarının ən qısa müddətdə Suriyaya girməsi gözlənilir.

Xatırladaq ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı (Türkiyə sərhədindən 18 km məsafədədir) terrorçulardan təmizləyib. Hazırda ASO-nun Menbiç istiqamətində hərəkət edəcəyi gözlənilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …