Cümə , Avqust 21 2026
azfa

ATƏT-in yeni baş katibi türk oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Maltada ATƏT-in yeni baş katibi seçilib. Bu mühüm Avropa strukturunun yeni məsul şəxsi təcrübəli türk diplomatı, səfir Firudin Sinirlioğludur.

Minsk Qrupunun ləğv ediləcəyinə toxunan erməni türkoloq Varujan Geqamyan sosial şəbəkə hesabında bu barədə yazıb.

“İstisna etmirəm ki, onun özü də hər cür səy göstərəcək və uğur qazanacağı təqdirdə ATƏT-in Minsk Qrupunun (Türkiyə və Azərbaycanın səy göstərdiyi və Ermənistanın faktiki hökumətinin əleyhinə olmadığı) ləğvini şəxsən imzalayacaq.

Amma bu xəbərin başqa maraqlı detalı var: Türkiyə diplomatının namizədliyinə Ermənistan da səs verib”, – o bildirib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …