Çərşənbə , Oktyabr 14 2026
azfa

İran mediasının iddiası: “Azərbaycan Ermənistana hücum edə bilər”

GADTB: “Etelaa Bama” saytı yenidən Azərbaycanı qərəzli şəkildə “Bakı” adlandıraraq yazıb ki, “Bakının” müdafiə naziri general-polkovnik Zakir Həsənov ordunun döyüş əməliyyatlarına hazır olması ilə bağlı tapşırıqlar verib, videokonfrans formatında geniş müşavirə keçirib.

Məlumata görə, müşavirədə Zakir Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də şərti sərhəddə bütün təxribatlara və düşmən qüvvələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsinə hazırlıqla bağlı tabeliyində olanlar qarşısında konkret vəzifələr qoyub.

Sayt habelə iddia edib ki, “Türkiyənin bölgədəki “təxribatlarını” nəzərə alan Bakı Ermənistanın cənubunu “işğal” etməyə hazırlaşır”./ Azad İran

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …