Şənbə , Sentyabr 19 2026
azfa

İraq Nümayəndələr Şurasının komitə sədri: Füzulinin Kərbəladakı məzarının bərpasına çalışacağıq

GADTB: Azərbaycan 2020-ci ildə Qarabağ zəfəri ilə bütün dünyaya, yurdundan-yuvasından didərgin salınan bütün xalqlara ümid oldu. Təsadüfi deyil ki, Qarabağ zəfəri tarix kitablarında hərbi zəfərdə yeni səhifə açdı.

Bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi deyib.

O bildirib ki, Azərbaycan qısa zaman əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib: “Prezident İlham Əliyevə təşəkkür edirəm. Türkmən eli kürəyini hər zaman Türkiyəyə və Azərbaycana söykəyir. İraqın Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi təmsil edilməsinin lazım olduğuna inanıram. Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Onun qələmi təkcə Türkmən elinə deyil, bütün islam aləminə işıq tutub. Biz də iraqlılar olaraq, Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq”.

Ərşad Əl-Salihi Türk Dövlətləri Təşkilatındakı (TDT) dövlətlərə şağırış da edib: “TDT dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də Azərbaycan kimi Bağdadda səfirliyinizi açın”.

Həmçinin yoxlayın

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …