Çərşənbə , Oktyabr 14 2026
azfa

Ərşad Salehi Bakıda türk dövlətlərinə çağırış etdi

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr İraqda səfirlik açmalıdır.

Axar.az xəbər verir ki, bunu İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, İraqın TDT-də müşahidəçi kimi iştirakı da vacibdir:

“Ortaq mirasımız olan Məhəmməd Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT-nin digər üzv dövlətlərinə səslənirəm: siz də Azərbaycan kimi İraqda səfirlik açın”.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …