Cümə axşamı , May 7 2026
azfa

İranda Qərçəq zindanı insan haqlarının pozulmasının ən qaranlıq əlamətlərindən biridir

GADTB: Bu gün İran İnsan Haqları Təşkilatı Beynəlxalq İnsan Haqları Günü münasibətilə “Qərçəq həbsxanası qadınlar və uşaqlar üçün cəhənnəmdir” başlığı ilə hesabat hazırlayıb.

Bildirilib ki, toyuq fermasının həbsxanaya çevrilməsi, havalandırma və təmiz içməli suyun olmaması və çirkab sularının səviyyəsinin vaxtaşırı qalxması hesabatın yalnız bir hissəsidir.

Hesabatda zindan İslam Respublikasında insan haqlarının sistematik şəkildə pozulmasının ən qaranlıq simvollarından biri kimi təsvir edilib.

Həbsxanada saxlanılan məhbuslar dözülməz vəziyyətdən şikayət edirlər, eləcə də yatmaq üçün yerdən belə məhrum edildiklərini qeyd edirlər./ Azad İran

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …