Cümə , Sentyabr 18 2026
azfa

21 Azərin ildönümü gecəsi Təbriz şəhərinin əsas küçələrində Azərbaycanın müqəddəs bayrağı dalğalandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın güneyindəki milli hərəkat fəallarının səyi ilə Azərbaycanın müqəddəs bayrağı Təbriz şəhərinin mərkəzində ucaldılıb.

Dünən Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Demokrat firqəsi tərəfindən Milli Hökumətin qurulmasının ildönümü idi. Güney Azərbaycanda bu münasibət müxtəlif tədbirlərlə qeyd edilir. Azərbaycanlı fəallar Azərbaycan bayrağını şəhərin ictimai yerlərinə asıblar.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …