GADTB: “Azərbaycan-İran münasibətlərinin Azərbaycanın Zəngəzur dəhlizini inşa etmək planları üzündən gərgin olduğu nəzərə alınsa, Bakı “Şimal-Cənub” dəhlizinin “İran ərazisindən istismara verilməsinə elə də meyilli deyil”
Henri Stimson Mərkəzinin saytında Beynəlxalq Qlobal Strateji Təhlil İnstitutunun (International Institute for Global Strategic Analysis/IIGSA) elmi işçisi Məhəmməd Salaminin “Necə oldu ki, İran yeni tranzit dəhlizləri uğrunda mübarizədə uduzdu?” sərlövhəli məqaləsi dərc edilib.
Sitat: “İran qırx il qlobal təcrid vəziyyətində olduğuna görə, qərb sanksiyalarına və nəqliyyat infrastrukturu bərbad vəziyyətdə olduğuna görə regional tranzitdə və dəhliz rəqabətində öz yerini tapa bilmədi… Bütövlükdə İran bu gəlirli sahədə uduzur… Bu, İranın sanksiyaları yumşaltmaq üçün Trampın yeni administrasiyası ilə danışıqlara can atmasının bir səbəbidir”.
Sitat: “Azərbaycan-İran münasibətlərinin Azərbaycanın Zəngəzur dəhlizini inşa etmək planları üzündən gərgin olduğu nəzərə alınsa, Bakı “Şimal-Cənub” dəhlizinin “İran ərazisindən istismara verilməsinə elə də meyilli deyil”. Mənbə: Stimson Mərkəzi (ABŞ)/ Azad İran