Şənbə , Oktyabr 17 2026
azfa

Təbrizdə “Ətləs” ticarət kompleksində etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizin “Ətləs” ticarət kompleksinin sahibləri bələdiyyənin təzyiqlərinə etiraz olaraq aksiya keçiriblər.

Biznes-əyləncə kompleksinin sahibləri Təbriz 1-ci bölgə bələdiyyəsinin onların hüquqlarının tapdalanmasına göz yumduğunu bildiriblər.

Onların dediyinə görə, uzun illərdir inşası tam tamamlanmayan kompleksin bağlanmaq təhlükəsi var və bu baş verdiyi təqdirdə onların uzun illik əməkləri və pulları hədər olacaq.

Qeyd edək ki, 2012-ci ildə tikintisinə başlanılan və 2017-ciildə tikintinin başa çatdığı elan edilən kompleksdə hələdə problemlər mövcuddur.

Təbrizin 1-ci bölgəsinin bələdiyyəsi bir neçə ildir kompleksin bağlanmasına çalışdığına görə, orada mağazası olan təbrizlilər bir neçə dəfə etiraz aksiyası keçriblər.

Etirazçılar hökumətin onların tələblərinə laqeyd yanaşdığını və hüquqlarının pozulmasına göz yumduğunu bildirirlər.

Video:

https://t.me/GADTB1/39267

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …