Cümə axşamı , May 7 2026
azfa

Mühacir kürdlər Qotur şəhərinin girişinin tablusunda şəhərin adını dəyişməyə cəhd ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlər Güney Azərbaycanın Qotur şəhərinin giriş tablosunu dəyişərək kürdcə yazıb və şəhərin adını təhrif etməyə cəhd ediblər.

Bu qanunsuz hərəkət isə yerli əhalinin etirazı ilə qarşılanıb. Etirazlardan sonra kürd terror qruplaşmalarının tərəfdarı olan bələdiyyə sədrinin Xoyun Qotur şəhərinin girişində quraşdırdığı saxta və qeyri-qanuni lövhə yığışdırılıb.

Xoy bölgəsinin qubernatoru həmin saxta lövhənin yığışdırılmasına göstəriş verib və lövhə ləğv edilib.

Qeyd edək ki, Qotur şəhərinin girişində quraşdırılan lövhədə Azərbaycanın Qotur şəhərinin tarixi adı saxta “Kotuli” adı ilə dəyişdirilib, lövhəyə ərəb və latın əlifbası ilə kürdcə cümlələr yazılıb. Amma Azərbaycan vətəndaşlarının etirazı nəticəsində bu saxta və fitnə xarakterli lövhə götürülüb.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …