Çərşənbə , May 6 2026
azfa

İran rəsmiləri bir neçə dəfə Rusiyaya gizli səfər edib

GADTB: Əli Xameneinin müşaviri Əli Laricani də daxil olmaqla İran rəsmiləri son vaxtlar İran hökumətinin hərbi və müdafiə qabiliyyətini, o cümlədən nüvə silahı əldə etmək imkanlarını gücləndirmək məqsədi ilə bir neçə dəfə gizli şəkildə Rusiyaya səfər ediblər.

“Times” nəşri yaydığı məlumata görə, Laricani son aylarda bir neçə dəfə gizli uçuşlarla Rusiyaya səfər edib və İranın nüvə proqramı və hava hücumundan müdafiə sistemlərində Moskvadan kömək almaq üçün yüksək səviyyəli rus rəsmiləri ilə pərdəarxası danışıqlar aparıb.

“O, rejimin əsas adamlarından biri, Xameneinin nümayəndəsidir və əhəmiyyətli planları idarə etmək və onları həyata keçirməklə tanınır… Onun Moskvaya gizli uçuşları İran və Rusiya arasında münasibətlərin qarşılıqlı şəkildə dərinləşdiyini və daha da artdığını göstərir”,- “Times” yazıb.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …