Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, lakin bu silahların onlara çatmadığını iddia edib.

O bildirib: “Əgər İran xalqının silahı olsaydı, mübarizə aparardılar, amma onların silahı yoxdur. Biz onlara çoxlu silah çatdırmağa çalışdıq”.

Trampın sözlərinə görə, bu silahların məqsədi İran vətəndaşlarının hakimiyyətə qarşı müqavimət göstərməsi idi. O əlavə edib ki, “bu silahları bəziləri götürərək özlərində saxlayıblar”.

ABŞ prezidenti qeyd edib ki, silahlar kürdlər vasitəsilə göndərilib, lakin onun fikrincə, həmin silahlar İran xalqına çatmayıb: “Biz onları kürdlər vasitəsilə göndərdik, amma düşünürəm ki, kürdlər onları özləri üçün saxladılar”. O, bu məsələdən “çox qəzəbləndiyini” vurğulayıb.

Tramp həmçinin bildirib ki, silahsız insanların silahlı qüvvələrə qarşı durmasının çətin olduğunu deyərək əlavə edib: “Əgər onların silahı olsa, döyüşərlər və yaxşı da döyüşərlər”.

Qeyd olunur ki, bundan əvvəl də İran etirazçılarına kürdlər vasitəsilə silah göndərilməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılmışdı. Lakin Tramp bu silahların nə vaxt və hansı formada göndərildiyi barədə detallı açıqlama verməyib.

Məlumata görə, 1404-cü ilin 18–19 dey tarixlərində keçirilən etiraz aksiyalarında yüz minlərlə insan küçələrə çıxmış və bu aksiyalar sərt şəkildə dağıdılmışdı.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …