Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanın Sulduz bölgəsinə azərbaycanlı milli fəal ETTELAAT-a çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Sulduz şəhərindən olan azərbaycanlı milli fəal Səccad Şəhirini ETTELAAT İdarəsinə çağrılıb.

Azərbaycanlı fəal dindirilmək üçün telefon vasitəsilə İdarəyə dəvət olunub.

O isə bunun qanunsuz olduğunu bildirərək məhkəmə qərarı olmadan heç bir yerə getməyəcəyini vurğulayıb.

Səccad Şəhiri 2019-cu ilin dekabr Sulduz Kəşfiyyat İdarəsinin agentləri tərəfindən həbs edilib və yanvar 2021-də Qərbi Azərbaycan Əyalət Apellyasiya Məhkəməsi azərbaycanlı fəalı rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 ay müddətinə həbs edib.

Qeyd edək ki, Azərbaycanın müxtəlif şəhərlərində İranın ETTELAAT qüvvələri azərbaycanlı fəalların fəaliyyətinin qarşısını almaq üçün qanunsuz addım ataraq fəalları və onların yaxınlarını telefonla bölməyə çağırır, onları həbs və işgəncə ilə hədələyirlər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …