Cümə , Sentyabr 18 2026
azfa

Ermənsitan XİN rəhbərinin müavini Xameneyinin müşaviri ilə görüşüb

GADTB: Dünən Tehranda Ermənistanın xarici işlər nazirinin müavini Vahah Kostanyan İranın ali rəhbəri Əli Xameneyinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi ilə bir araya gəlib.

İkitərəfli münasibətlərə toxunaraq, tərəflər Ermənistan və İran arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib və əlaqələrin davamlı olaraq dərinləşdirilməsi səylərini vurğulayıblar. Ermənistanın ərazi bütövlüyü və sərhədlərin dəyişməzliyinə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi ilə bağlı İranın prinsipial mövqeyinin əhəmiyyəti də vurğulanıb. Tərəflər iki ölkə arasında iqtisadi və infrastruktur sahələrində əlaqələrin davamlı inkişafından məmnunluq ifadə ediblər.

Vahan Kostanyan Kamal Xərraziyə Ermənistanın xarici siyasətinin aktual problemlər və son regional proseslərdən söz açaraq bildirib ki, Ermənistanın xarici siyasəti çərçivəsində İrəvanın regional tərəfdaşları, xüsusilə də İranla əlaqələrinin davamlı inkişafını təmin edir./ Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …