Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı fəallar molla rejimin həbs etdiyi 2 azərbaycanlı gəala azalıq tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal molla rejimin həbs etdiyi 2 azərbaycanlı gəala azalıq tələb etdilər.

Bu məqsədlə dünən Güney Azərbaycan Milli Hərəkatının fəalları həbs edilən Səməd Heydəri və Rza Səlimiyə dəstək olmaq və onlara azadlıq tələb etmək məqsədi ilə Təbriz şəhərinin küçələrində divarlara onların şəkli çap edilmiş vərəqələr yapışdırıblar.

Azərbaycanlı fəalların hazırladığı vərəqələrində yazılıb: “Ardınca çox gəzib dolanmışam, səni zindanlarda tapmışam, salam vətən, salam vətən”.

Qeyd edək ki, azərbaycanlı fəallar Səməd Heydəri və Rza Səlimi iki gün öncə molla rejimin ETTELAAT İdarəsinin qüvvələri tərəfindən həbs ediliblər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …