Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin prokurorluğu 12 azərbaycanlı fəalı dindirilmə iclası keçirdi

GADTB: irqçi fars-molla rejimin prokurorluğu 12 azərbaycanlı fəalı dindirilmə iclası keçirdi.

12 azərbaycanlı fəal- Ayət Mehrəlibəyli, Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qadiri, Hamid Yeganehpur, Məhəmmdrea Müvəhhid, Əmirhüseyn Ağai, Əli Babai,  Cavad Sudbar, Murteza Nurməhəmmədi, Hüseyn Azadi və İbrahim Əvəzzadənin dindirilmə iclası Təbrizdə rejimin Umumi və İnqilab Prokurorluğunun 15 saylı şöbəsində keçirilib.

Bu dindirilmələrdə Güney azərbaycanlı məhbuslar “sistem və cəmiyyətə qarşı çıxmaq niyyəti ilə qeyri-qanuni qruplaşmaya üzv olmaq, daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq” ittihamları qarşısında özlərini müdafiə ediblər. 

Yuxarıda qeyd olunan ittihamlarla yanaşı, Ayət Mehrəlibəyli də “rejimə qarşı çıxmaq niyyəti ilə qrup yaratmaq” ittihamı ilə üzləşib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …