Şənbə , May 16 2026
azfa

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə verən Traxtur klubunun sahibi Məhəmmədrza Zunuzi İranda rəsmi dövlət səviyyəsində mövcud olan rasizm kəskin tənqid etdi.

O, Tehranda “Perspolis” azarkeşlərinin türklərə qarşı səsləndirdiyi irqçi şüarlara toxunaraq deyib: “İnanıram ki, bunu İran Yayım Korporasiyası və bəzi Federasiya rəsmiləri edir.”

İran Futbol Federasiyasının nizam-intizam komitəsinin oyunla bağlı verdiyi qərara toxunan Zunuzi ədalətə lazımınca əməl olunmadığını və verilən qərarlardan Persepolisin faydalandığını bildirib.

“Traxtur” klubunun sahibi eyni zamanda Tehrandan olan komandaların davranışındakı fərqliliyə etiraz edib və İran Yayım Korporasiyasını bu vəziyyətin əsas günahkarlarından biri kimi göstərərək deyib: Mövcud olan problem, ilk növbədə, İran Yayım Korporasiyasının günahıdır. “Sepahan-Traxtur oyunu kimi məsələlərin əsas günahkarları İran Yayım Korporasiyası və Futbol Federasiyasının qurumlarıdır. Çünki, onlar qəsdən üzərinə düşəni etmirlər”.

Qeyd edək ki, İran rejimi dövlət səviyyəsində irqçi siyasət yeritməklə yanaşı, irqçi farsları da türklərə qarşı himayə edir. Bu rasizm və ayrı-seçkilik isə haqlı olaraq qeyri-fars millətlərin etirazı ilə qarşılaşır.

Video:

https://t.me/GADTB1/40444

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …