Çərşənbə , Aprel 2 2025
azfa

Araz çayının çirklənməsi ciddi narahatlığa səbəb olub

GADTB: O taylı bu taylı Azərbaycanın əsas su mənbələrindən biri olan Araz çayı illərdir ki, ciddi ekoloji problemlərlə üzləşir. 

Ermənistandan bu çaya sənaye və mədən tullantılarının daxil olması ilə bağlı müxtəlif media qurumlarında bu çirklənmələrin yerli əhalinin sağlamlığı və regionun ekologiyası üçün təhlükələri barədə xəbərdarlıq məlumatları dərc olunub.

Bu günlərdə Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin rəhbəri Məhəmməd Xani jurnalistlərə müsahibəsində deyib: “Arazın suyunun Təbrizə nəqli layihəsi marşrut boyunca yerləşən şəhərləri içməli su ilə təmin etməklə yanaşı, növbəti 30 il ərzində vilayətin içməli suya ehtiyacının 75%-ni təmin edəcək.

Bu açıqlamalardan sonra ekoloqların diqqəti bir daha Araz çayının çirklənməsi məsələsinə yönəlib.

“Pəyam-e-Ma” (Bizim Xəbər) qəzeti 3 gün öncə Araz çayının çirklənməsi və onun bölgənin ekologiyasına və insan sağlamlığına zərərli təsirləri haqqında xəbər dərc edib.

Qəzetin yazdığına görə, Araz çayına çirkləndirici maddələrin fasiləsiz daxil olması nəticəsində bu çayın Azərbaycanda 150 kilometr uzunluğunda olan hissəsində qurğuşun və onun birləşmələri, arsen, alüminium birləşmələri, nikel, mis, dəmir, manqan və digər 53 çirkləndirici kimi ağır və zəhərli metalların olması, hətta balıqların əzələlərində də ağır metalların izləri müşahidə oluna bilər.

Qəzetin dərc etdiyi xəbərin davamında İran Parlamentinin Kənd Təsərrüfatı, Su və Ətraf Mühit Komissiyasının sədri Süməyyə Rəfiinin sözləri yer alıb: “Araz çayının çirklənməsi ilə bağlı Ətraf Mühitin Mühafizəsi Təşkilatı və Energetika Nazirliyi suyun çirklənməsinə dair detalları açıqlamağa borcludur. Eyni zamanda, onlar məsələni araşdırmalı və bizə yeni hesabat göndərməlidir.

Araz çayının çirklənməsi ilə bağlı əsas məsələ ondan ibarətdir ki, Ətraf Mühitin Mühafizəsi Təşkilatının bu çayla bağlı hesabatları ilə Energetika Nazirliyinin hesabatları bir-birinə ziddir və bu hesabatlar hələ də sözügedən qurum tərəfindən yenilənməyib.

Bu monitorinqin nəticələri ilə bağlı ümumi hesabat aldıq. Hesabatlar mövcuddur, lakin nəticələr çox fərqlidir və qəbuledilməzdir”.

Araşdırmalara görə, suyu çirkləndirən əsas elementlər əsasən Ermənistanın elektrik stansiyası və mədənləri tərəfindən axıdılan alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumdur.

Həmçinin yoxlayın

Azərbaycana qarşı olan mühacir kürd Hakim Məmkan qatil Simkonun fotosu altında şəkil çəkdirib

GADTB: Mühacir kürdlərdən Urmiya adına İran məclisinə göndərdikləri Hakim Məmkan Qaqarin “Urmiya qəssabı” kimi tanınan …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “İsraildən dağıdıcı əməliyyat – İrana ağır zərbə” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …