Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Azərbaycana qarşı olan mühacir kürd Hakim Məmkan qatil Simkonun fotosu altında şəkil çəkdirib

GADTB: Mühacir kürdlərdən Urmiya adına İran məclisinə göndərdikləri Hakim Məmkan Qaqarin “Urmiya qəssabı” kimi tanınan İsmayıl Simkonun fotosunun altında xatirə şəkli çəkdirib.

İsmayıl Simko (Smitko) I Dünya Müharibəsi illərində rus və fransızların dəstəklədiyi ermənilərin hücumları və qırğınları nəticəsində Urmiya və Salmas şəhərlərinin müdafiə quruluşu dağıldığı vaxt bu şəhərlərə hücum edərək Qərbi Azərbaycanda türk xalqının canına, malına, namusuna qəsd etməyə, talan etməyə çalışan şəxsdir.

İsmayıl Simkonun törətdiyi cinayətlər və faciələr hələ də bölgə əhalisinin yaddaşındadır və Rəhmətullah Xan Mötəməd Əl-Vüzarə “Urmiya dünyanı yandıran müharibədə” kitabında və Qulam Xan Heşmət “Moyehaye-Şəhri Qərib” kitabında həmin faciələri günbəgün qələmə alıblar.

İndi isə onun nəvəsi Qaqarin və oğlu Arman “Simko” qaçaqmalçı və terrorçu dəstəsinin başçıları olub, babalarının yolunu davam etdirirlər. Bu dəstə SEPAH-ın icazəsi ilə bölgənin narkotik ticarətinin bir hissəsinə nəzarət etməklə yanaşı, həm də SEPAH ilə PKK arasında əlaqə rolunu oynayır və lazım gəldikdə Zindəşti çetesi ilə terror əməliyyatlarında iştirak edirlər.

Bu hadisələrdən biri də İnqilab Keşikçiləri Korpusunun 2022-ci ildə İstanbulda israilli turistlərə sui-qəsd cəhdi olub. Terror əməliyyatlarını koordinasiya etmək üçün Türkiyəyə gedən Simko qruplaşmasının bəzi üzvləri və liderləri Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdillər.

Hazırda Qərbi Azərbaycanın dağlarında PKK düşərgələrinin yaradılması, Qərbi Azərbaycanda PKK-nın şəhər quruluşu, Zindəşti və Simko dəstələrinin rəhbərlik etdiyi mafia quruluşları Qərbi Azərbaycanın təhlükəsizliyini təhdid edən ciddi təhdidlərdəndir.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …