Urmiya, sulduz və Əcəbşirdə Traxtur futbol komandasının nişanı quraşdırılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanın Urmiya, sulduz və Əcəbşirdə Traxtur futbol komandasının nişanı quraşdırılacaq.

Urmu Şəhər Şurasının üzvü Gülşən Novruzinin təklifi ilə Traxtur futbol komandasının nişanı Urmiya şəhərində quraşdırılacaq.

Gülşən Novruzi bu təklifi Urmiya Şəhər Şurasına Urmiya gəncləri adından edib.

Qeyd edək ki, son illər Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Təbriz, Qoşaçay (Miandoab), Ərəbli (Poldəşt) şəhərlərində Traxtor nişanları quraşdırılıb.

Bir müddət öncə Əcəbşir bələdiyyə sədri bildirib ki, vətəndaşların Traxtor komandasının nişanlarının şəhər meydanlarında quraşdırılması ilə bağlı müraciətlərinə cavab olaraq, bu məsələ bələdiyyənin gündəliyinə salınıb və şəhər İctimai Mədəniyyət Şurasından icazə alındıqdan sonra nişanlar şəhərin girişində quraşdırılacaq. Sulduzda da bu nişanın quraşdırılacağı bildirilir.

Həmçinin yoxlayın

Tramp razılaşmalar uğursuz olarsa “Azadlıq Plus” layihəsinə qayıda biləcəklərini bildirib

GADTB:  ABŞ prezidenti Donald Trump jurnalistlərə açıqlamasında gözlənilən razılaşmalar baş tutmasa, Vaşinqtonun fərqli bir yol …

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …