Çərşənbə , Oktyabr 14 2026
azfa

BAEA: “İranın nüvə proqramı irəlilədikcə problem daha da böyüyəcək”

GADTB: Dünən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının inkişaf etdirilməsi ilə bağlı xəbərdarlıq edərək, bu gedişlə “problemin nəinki kiçilməyəcək, əksinə daha da böyüyəcəyini” deyib.

O, ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı razılaşma təklifini alqışlayıb, “mən bilirəm ki, iranlılar da bir növ razılaşma istəyirlər”, – deyə, vurğulayıb.

Qeyd olunub ki, İran son üç ayda zənginləşdirilmiş uran ehtiyatını əhəmiyyətli dərəcədə artırıb və bu vəziyyət davam edərsə, “Tehranın uran ehtiyatları nəzəri olaraq 6 nüvə bombası yaratmaq üçün kifayət edə bilər”. / Azad İran

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …