Bazar , Sentyabr 20 2026
azfa

Güney Azərbaycanın “Traxtur” komandası Asiya Çempionlar Liqasının yarımfinalına çıxa bilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” komandası cüzi xəta ilə Asiya Çempionlar Liqasının yarımfinalına çıxa bilməyib.

“Traxtur” klubu Asiya Çempionlar Liqasının 1-ci yarımfinalı çərçivəsində Səudiyyə Ərəbistanının “Əl Tavun” komandası ilə qarşılaşıb.

Martın 11-də Səudiyyə Ərəbistanının Borridə şəhərində keçirilən cavab qarşılaşmasının əsas və əlavə vaxtı 2-2 hesabı ilə başa çatıb.

Penalti zərbələrindən 4-2 hesabı ilə qalib ayrılan “Əl Tavun” növbəti mərhələyə adlayan tərəf olub.

Qeyd edək ki, tərəflər arasında Təbrizdə keçirilən ilk görüş 0-0 hesabı ilə başa çatmışdı.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …