Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi Yaz bayramı şənliyi təşkil ediblər- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün mart ayının 23-də Avstraliya Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə Avstraliyanın Sidney şəhərində möhtəşəm Novruz-Yaz bayramı şənliyi keçirilib.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun tərəfindən mərasim böyük coşqu ilə keçirilib.

Novruz-Yaz bayramı şənliyinə Quzey və Güney Azərbaycandan, Tükiyə, Quzey Qibris, Tatarıstan və s. Türk Dünyası ölkələrindən olan qonaqlar dəvət edilib və iştirak ediblər. Eyni zamanda Avstraliya Maarif məktəbinin keçmiş direktoru sayın Dr. Nəcim Uzun, Kuzey Kıprısdan gələn Azərbaycandan ödül almış sənətçi sayın Abdullah Öz Toprak və s. qonaqlar həmin Novruz bayramı mərasiminə qatılıblar.

Novruz mərasminə görə Yeni Güney Uelzin (NSW) Multikultural Naziri Avstraliya Azerbaycan Assosiasiyasını təbrik edib, xoş arzularını çatdırıb.

Tədbirdən şəkil və videoları təqdim edirik:

https://t.me/GADTB1/41173

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …