Cümə , Sentyabr 18 2026
azfa

Qorxuya düşən molla rejimi ABŞ-la barışıq üçün terrorçularını sakitliyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ciddi təhlükə hiss edən molla rejimi ABŞ-la barışıq üçün terrorçularını sakitliyə çağırıb.

İran Yəməndəki üsyançı Ənsərullah (husi) hərəkatını Yaxın Şərqdə gərginliyi azaltmağa və ABŞ-la danışıqlar kanalı açmağı nəzərdən keçirməyə çağırıb.

Bu barədə İraqın “Səfəq Nyus” portalı məlumat yayıb.

Tehranın mesajını husilərə İraqın keçmiş baş naziri Adel Əbdül Mehdi bu yaxınlarda Sənaya səfəri zamanı çatdırıb.

Təklif ABŞ-ın hava zərbələrinə son qoymaq şərti ilə Qırmızı dəniz və Bab əl-Məndeb boğazında husilərin hücumlarının dayandırılmasını ehtiva edir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …