Cümə axşamı , Avqust 27 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycan fəal Kərim İsmayılzadəni görüş və əlaqə saxlamaqdan məhrum edib

GADTB: 2025-cü il martın 10-da Təbrizdə irqçi fars-molla rejimin ETTELAAT məmurları azərbaycanlı fəal Kərim İsmayılzadəni Təbriz zindanına köçürüb.

Azərbaycanlı milli fəalın yaxınlarının bildirdiyinə görə, Kərim İsmayılzadə ilə görüşməyə və ya əlaqə saxlamağa icazə verilməyib.

25 martda isə Kərim İsmailzadənin yaxınları Təbriz prokurorluğuna yaxınlaşaraq onun vəziyyəti ilə bağlı məlumat tələb ediblər. Lakin istintaq işçisinin dediyinə görə, şöbədə müstəntiq olmadığı üçün Kərim İsmayılzadənin vəziyyəti ilə bağlı onlara heç bir məlumat əldə edə bilməyiblər.

Həbsindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, Kərim İsmailzadənin vəziyyəti ilə bağlı məlumatın olmaması, ona zəng etməyə və görüşə qadağa qoyulması azərbaycanlı fəalın ailəsi və yaxınlarının narahatlığına səbəb olub.

Həmçinin yoxlayın

Sentrkom: İran İslam Respublikasının dəniz mühasirəsi şəraitində 75 ticarət gəmisinin marşrutu dəyişdirilib; 3 gəmi fəaliyyətdən çıxarılıb, 2 gəmi yoxlanılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin davam etdirildiyi bir vaxtda ABŞ …

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyaya sərt reaksiya

GADTB: 27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum …