Avropa Birliyi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq Aİ-nin bölgədə əsas prioriteti olaraq qalır.

İranın sabitliyi pozan addımlarına qarşı durmağın vacibliyini vurğulayan Kallas deyib: “Biz onların nə etdiklərini – yalnız Yaxın Şərqdə deyil, həm də Rusiyaya yardım etməkdə və Avropa ölkələrinə qarşı koordinasiyalı hücumlar həyata keçirməkdə açıq şəkildə görürük. Bizim siyasətimiz Tehrana qarşı daha güclü olmalıdır”.

Kallasın sözlərinə görə, Tehran keçmişlə müqayisədə zəifləyib və Avropa İttifaqı İranın yaratdığı təhlükələri azaltmaq üçün uyğun fürsətin yarandığını hesab edir.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …