Şənbə , Oktyabr 17 2026
azfa

Cenevrədə İranla üç Avropa ölkəsi arasında nüvə danışıqlarının növbəti dövrü keçirilib

GADTB: Martın 27-də Cenevrədə İslam Respublikası və Böyük Britaniya, Fransa və Almaniya ölkələrinin diplomatları nüvə məsələsi ilə bağlı ekspertlər səviyyəsində texniki və ekspert danışıqları keçiriblər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin beynəlxalq məslələr üzrə məsulu Kazım Qəribabadı özünün X hesabında yazıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai də bu danışıqları təsdiqləyib və bildirib ki, bu danışıqların yeni raundu “həm sanksiyaların ləğvi, həm də nüvə sahələrində məsələnin müxtəlif aspektlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq” məqsədi ilə keçirilib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamalarına görə, Tehran hazırda nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.

Agentliyin baş dirrektoru Rafael Qrossi isə beynəlxalq ictimaiyyətə İranın nüvə proqramını cilovlamaq üçün çox vaxt qalmadığı barədə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …