Cümə , Oktyabr 16 2026
azfa

Kave Soda zavodundan çirklənmiş tullantı suları Binabdakı kənd təsərrüfatı sahələrini zəhərlyir

GADTB: Marağa şəhərində fəaliyyət göstərən Kave Soda zavodunun tullantı suları Binabdakı kənd təsərrüfatı sahələrini zəhərlyir.

Bir neçə gündür Kave Soda zavodunun sənaye çirkab suları boru partlaması səbəbindən Binabın Qışlaqxana kəndinin torpaq sahələrinə axır.

Zəhərli suların əkin ərazilərinə axıdılması burada yaşayan sakinlərin və fermerlərin narahatlığına səbəb olur. Yerli sakinlər çirklənmənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırlar.

Qeyd edək ki, Kave Soda Zavodu Tehranın Dəmavənd şəhərindən olan İbrahim Əsgəriyan Dəmavəndiyə məxsusdur və Xamenei, Rəfsəncani, eləcə də Əsgərövladi ailələrinin mafiya dəstələrinə bağlıdır.

Bu zavod ətraf mühitin geniş şəkildə çirklənməsi səbəbindən əvvəllər də dəfələrlə gündəmə gəlib. Bu fabrik də hər il Urmu gölünün suyunun təxminən 3 faizini istehlak edir və gölün qurumasına səbəb olan amillərdən biri hesab olunur.

Zavodun fəaliyyətinin zərərli olması dəfələrlə azərbaycanlı faəllar və ətraf mühit fəalların etirazına səbəb olub.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …