Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizli vəkil və universitet müəllimi həbs edilib

GADTB: Təbrizli vəkil və universitet müəllimi Əbülfəz Rəncbəri evinin qarşısında ETTELAAT qüvvələri tərəfindən tutulub.

Dr. Əbülfəzl Rəncbəri mayın 4-də saat 14:00 radələrində həbs edilib.

Hüquq müdafiəçisi Sina Yusefinin “X” sosial şəbəkəsində paylaşdığı yazıya görə, vəkilin harada olduğu və onu saxladığı qurumla bağlı heç bir məlumat verilməyib, ailəsi də tam məlumatsızdır.

Dr. Rəncbəri ictimai hüquq üzrə fəlsəfə doktorudur və “Əmək hüququ” kitabı onun nəşr olunmuş əsərlərindən biridir. O, Təbrizdəki universitetlərdə dövlət hüququ və əmək hüququ kurslarının tədrisi ilə bağlı çoxillik təcrübəyə malikdir.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …