Çərşənbə , Oktyabr 14 2026
azfa

FIFA “Traxtur” klubunu çempion olması münasibətilə təbrik edib

GADTB: İran Premyer Liqasında “Traxtur”un qələbəsindən sonra FIFA prezidenti  Canni İnfantino qələbə münasibətilə komandanı təbrik edən mesaj yayımlayıb.

 “Traxtur” klubunun rəsmi mətbuatının verdiyi məlumata görə, İnfantino İran Futbol Federasiyasının prezidenti Mehdi Taca bununla bağlı məktub ünvanlayıb.

“Hörmətli Federasiya prezidenti, bu məktub vasitəsilə İran futbolunun yeni çempionları Traxturu təbrik etməkdən şərəf duyuram! Mövsüm boyu göstərdikləri səylər və ardıcıl nəticələr öz bəhrəsini verdi. Bu böyük nailiyyətə görə komandanın və klubun hər bir üzvünü təbrik edirəm.” – deyə məktubda bildirilib.

Qeyd edək ki, İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac Təbrizin Səhənd stadionunda keçirilən “Traxtur”un çempionluq mərasiminə qatılmamışdı.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …