Cümə , Sentyabr 18 2026
azfa

Mühacir kürdlər Azərbaycanın Sayınqala bölgəsində Qaradaş dağının adını təhrif ediblər

GADTB: Son dövrlərdə İranın məqsədli siyasəti ilə Güney Azərbaycanın Sayınqala bölgəsinə köçürülən kürdlər Azərbaycanın bu ərazisində Qaradaş dağının adını təhrif ediblər.

Kürd terror qruplaşmalarının bəzi tərəfdarları Sayınqaladakı “Qaradaş” zirvəsinin adını dəyişərək, ona saxta ad qoyublar.

Kürd terror qruplaşmaları Qərbi Azərbaycanın tarixi torpaqlarının işğalını qanuniləşdirmək üçün xüsusilə Urmiya, Salmas, Xoy, Makı, Sulduz, Tikantəpə, Soyuqbulaq, Sayınqala bölgələrində bu bölgələrin türkcə adlarını təhrif etməyə və dəyişdirməyə çalışırlar.

Qeyd edək ki, mühacir kürdlərin bu qanunsuz hərəkəti İran rəsmilərinin tam dəstəyi ilə həyata keçirilir. İran hökuməti kürd terror qruplaşmalarına açıq dəstək və təşviq paketləri verməklə, o cümlədən pulsuz qaçaqmalçılıq yolu ilə qanunsuz maliyyə vəsaitləri əldə etmələrinə göz yummaqla, Qərbi Azərbaycanda əsas postları kürdlərə verməklə, Qərbi Azərbaycanı kürdləşdirməyə və Güney Azərbaycan türkləri ilə Türkiyə türkləri arasında sədd yaratmağa çalışır.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …