Cümə , İyun 19 2026
azfa

Kəleybərdə Rəhim Xan Çələbianlının tarixi evi dağıdılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  Kəleybər bölgəsində Rəhim Xan Çələbianlının tarixi evi dağıdılıb.

Bəzi mütəxəsislər binanın yaşını IX yüzilliyə qədər aparsalar da, fərqli fikirlərə görə, abidə Səfəvilər və ya Elxanilər dövrünə aiddir.

Bu tarixi ev Kəleybər bölgəsinin müasir siyasi və ictimai münasibətlərində mühüm rol oynayıb və tarixin bəzi dönəmlərində hərbi qüvvələrin komanda mərkəzi olub.

“Cultural Heritage Watch”ın bildirdiyinə görə, bu tarixi ev Kəleybər Şəhər Şurasının beşinci dövr üzvlərinin səylərindən sonra muzey olmağa namizəd idi, lakin bələdiyyənin onu satın ala bilməməsi səbəbindən bu plan baş tutmayıb.

Məsələ ilə bağlı mədəni fəal Xosrov Sərtipi video müraciət hazırlayaraq abidənin dağıdılmasını tənqid edib: “Bəzən belə fikirlər yaranır ki, tarixi inkişaf bəhanəsi ilə silmək olar, ancaq tarix inkişafa maneə kimi yox, örnək kimi görülməlidir.”

Qeyd edək ki, Sərdar Nüsrət ləqəbli Rəhim Xan Çələbianlı Qaradağ bölgəsinin çağdaş tarixinin görkəmli simalarından biri və Kəleybərdəki Çələbianlı elinin elxanı idi. O, Müzəffərəddin şah Qacarın dövründə “Nüsrət əs-Sultan” titulu ilə Soyuqbulağın hakimliyinə təyin edilmiş və Mirpənci rütbəsinə çatdıqdan sonra Azərbaycanın ən nüfuzlu şəxslərindən birinə çevrilmişdir.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …