Amnesty International: “İran hökuməti cəmiyyətdə qorxu yaratmaq üçün İsrailə casusluqda ittiham olunanların edamından istifadə edir”

GADTB: Beynəlxalq Əfv Təşkilatı hesabatında İranın təhlükəsizlik məmurlarının 12 günlük müharibənin başlanğıcı olan 13 iyundan bu yana yüzlərlə adamı “İsrail üçün əməkdaşlıq və ya casusluq” ittihamı ilə həbs etdiyini qeyd edib və iyunun 16-dan bu yana İranda ən azı 6 nəfərin oxşar ittihamlarla edam edildiyini açıqlayıb.

Hesabatda deyilir ki, Beynəlxalq Əfv Təşkilatı iyunun 20-də İranın İsrailin xeyrinə “casusluq”da ittiham olunan şəxslərin edam prosesini gücləndirməsindən narahatlığını ifadə edib və təşkilatın adlarını çəkdiyi şəxslərdən dördünün iyunun 16-dan İranda özbaşına edam edildiyini bildirib.

Təşkilat  ədalətsiz məhkəmələrdən sonra bu cür ittihamlarla edama məhkum edilmiş dörd nəfər Əhmədrza Cəlali, Afşin Qurbani Mişani, Ruzbeh Vadi və Şahin Bəssami də daxil olmaqla, hazırda edam siyahısında olan şəxslərin vəziyyətindən dərin narahatdır./ Azad İran

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …