Cümə axşamı , Oktyabr 15 2026
azfa

BAEA İranın 400 kiloqram 60% zənginləşdirilmiş uranından məlumatsızdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail ilə münaqişənin kəskinləşməsindən sonra İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.

Bunu agentliyin baş direktoru Rafael Qrossi “France 2” telekanalının efirində deyib.

“60% zənginləşdirilmiş 400 kiloqram uran ciddi məsələdir. Bu material haradasa var, lakin döyüş başlayandan sonra agentlik onun izini itirib”, – deyə o əlavə edib.

Qrossinin sözlərinə görə, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada yerləşdiyini göstərməyə borcludur.

Qrossi həmçinin, İran parlamentinin agentliklə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarını da şərh edib: “Bu, İranın agentliyə etdiyi bir lütf deyil. Bu, qanuni öhdəlikdir. Nə qədər ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqaviləsinin tərəfi olaraq qalır, bu öhdəlik qüvvədədir”.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …