Şənbə , Avqust 29 2026
azfa

Ağ Ev: Uitkoff İran rəsmiləri ilə məsləhətləşmələri davam etdirir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma ətrafında İranla məsləhətləşmələri davam etdirir.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə birbaşa təmasda olmayıb.

“Xüsusi nümayəndəmiz Stiven Uitkoff iranlılarla həm birbaşa, həm də vasitəçilər üzərindən əlaqədədir. Danışıqlar prosesi davam edir”, – deyə Livitt bildirib.

İranda isə millət vəkili xəbərdarlıq etdi: “ABŞ ilə danışıqlar davam etməsə, Tramp İrana hücum edəcək”

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani xəbərdarlıq edib ki, ABŞ ilə danışıqlar davam etməsə, prezident Donald Trampın hərbi hücumu ehtimalı ciddidir.

O, deyib: “Tramp sözünün üstündə duracaq və İslam Respublikasına hücum edəcək”.

Bəxşayeş Vaşinqtonla fikir ayrılıqlarını nəhayət həll etmək üçün “strateji komitə” yaratmağa çağırıb və ABŞ-nin gələcək mümkün siyasətləri ilə üzləşməyə hazır olmağın vacibliyini qeyd edib.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …