Şənbə , Avqust 29 2026
azfa

“Traxtur”un oyunları Azərbaycanda canlı yayımlanacaq

GADTB: Güney Azərbaycanın “Traxur” klubunun oyunları Azərbaycanda yayımlanacaq.

Ötən mövsüm tarixində ilk dəfə İranda çempion olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “al qurdlar”ın turnirdəki oyunları Azərbaycanda nümayiş olunacaq. “İdman TV” Asiyanın bir nömrəli klub turnirinin yayım hüququnu alıb.

Kanal üçün priotet Azərbaycanda kifayət qədər azarkeşi olan “Traxtur”un oyunlarını təqdim etməkdir. Bununla belə, tamaşaçılar turnirin digər qarşılaşmalarına da izləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “İdman TV” yayımçı şirkətlə rəsmi müqavilə imzalayıb. Bununla bağlı bu gün sirli anons təqdim edilib. Yaxın zamanda isə bu xəbər ictimaiyyətə rəsmən açıqlanacaq.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …