Çərşənbə , İyun 17 2026
azfa

Molla rejimi “Əlihan” adına görə 50 gündür azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətinin Qeydiyyatı İdarəsinin əməkdaşları “Əlihan” adlı yeni doğulmuş körpəyə 50 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edirlər.

Əlihanın atası Məhəmmədrza Dehqani Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz bu il mayın 14-də anadan olub və biz onun üçün Əlihan adını seçmişik, ancaq Təbrizdə Vətəndaşlıq Dairəsinin Erəm şöbəsinin rəsmiləri bu adın Ad Seçim Sistemində olmadığını deyərək bizə doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini bildirdilər. Bi bu ada əvvəllər doğum haqqında şəhadətnamə verildiyini desək də onlar bunun yalnız məhkəmə qərarı ilə mümkün olduğunu bildirdilər. Biz də buna görə məhkəməyə şikayət etdik. Artıq 50 gündür ki, övladımızın nə doğum şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi yoxdur və biz bir çox problemlərlə üzləşmişik. Biz süd tozu payımızı ala bilmir və övladıma lazım olan tibbi qayğını təmin edə bilmirik.”

Qeyd edək ki, “Əlihan” adı 2021-ci ildə Şərqi Azərbaycanda ən çox qoyulan 5 addan biri olub.

İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri övladlarına öz dillərində ad seçməkdən daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …