Cümə axşamı , Oktyabr 15 2026
azfa

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif edib.

Bu barədə Türkiyənin “Ekonomim” saytı mənbəyə istinadən məlumat yayıb.

“Təklif Ankaranın təyyarə parkını təkmilləşdirmək və avropalı tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək səylərində son illərdə atılan ən böyük addım olacaq. Bu təklif Türkiyənin müdafiə naziri Yaşar Gülər, İngiltərənin BAE “Systems” müdafiə şirkətinin nümayəndələri və Böyük Britaniyanın Ankaradakı səfiri arasında son görüşlər zamanı səslənib. Türkiyə hələlik bu məlumatı rəsmən təsdiqləməsə də, danışıqlar fəal şəkildə irəliləyir”, – mənbə bildirib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …