Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizdə Azərbaycan Milli Hərəkatının 5 fəalı mühakimə edildi

GADTB:  Azərbaycan Milli Hərəkatının beş fəalının işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmə iclası cümə axşamı günü Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində hakim Əbdinin sədrliyi ilə keçirilib.

Seyid Məhəmmədrza Müvəhhid, Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri, Əli Babayi və Cavad Sudbar vəkil Əsgər Məhəmmədi vəkilliyi ilə dinləmədə iştirak ediblər.

Bu azərbaycanlı türk fəallara qarşı irəli sürülən ittihamlar arasında “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” və “icazəsiz qrupa üzv olmaq” daxildir.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …