Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Uzun müddət mübarizədən sonra azərbaycanlı körpəyə Alaz adına şəxsiyyət vəsiqəsi verildi

GADTB: valideynlərinin uzun müddət mübarizəsindən sonra rejimin Şərqi Azərbaycandakı Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə Alaz adına doğum haqqında şəhadətnamə verməyə məcbur olub.

Alazın atası Fərhad Nəcəfi sosial media hesabında bununla bağlı yazıb: “2024-cü ilin iyun ayında dünyaya gələn övladıma Alaz adına şəxsiyyət vəsiqəsi verilmədi. Buna səbəb kimi adın İran adları siyahısında olmadığını göstərdilər. Bundan sonra məhkəməyə müraciət etdim və uzun prosesdən sonra oğluma alov və diri od mənası verən Alaz adına sənəd almağa nail oldum”,- o yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …