Çərşənbə , Oktyabr 14 2026
azfa

Xameneyinin müşaviri yenə müstəqil Azərbaycanın daxili işlərinə qarışır

GADTB: İranın ali rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib.

Özləri işğalçı Ermənistanla dost-qardaş olub Azərbaycana ağıl verməyə çalışan Xameneyinin müşaviri Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Qafqaz regionu və Azərbaycanla bağlı deyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır.

Onların arasında Əl-Culani ilə “sionist rejim” arasında vasitəçilik və İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ən qızğın çağında İsrailə neft ixrac edib”.

“Siz onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu addımlar atılır?”,- deyən Xameneyinin müşaviri həyasızcasına müstəqil Azərbaycanın daxili işlərinə qarışıb. / Azad İran

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …