Cümə , Avqust 21 2026
azfa

Sayın Mikayil bəy Oytanın 15 iyulda Türkiyə hakimiyyətinə qarşı  çevriliş cəhdi barədə bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta 15 iyulda Türkiyə hakimiyyətinə qarşı  çevriliş cəhdi barədə bildiriş yayıb. Bildirişi olduğu kimi təqdim edirik:

2016-cı il 15 İyulda Türk millətinə, demokratiyamıza və Türk dövlətimizə qarşı edilən xain çevriliş cəhdini bir daha lənətləyirik. Həmin gecə millətimiz inamı, cəsarəti və qətiyyəti ilə küçələrə axışaraq vətəninə və demokratiyasına sahib çıxmış, bütün dünyaya örnək olacaq bir dirəniş nümayiş etdirmişdir.

O mübarək dirənişdə şəhidlik zirvəsinə ucalan aziz şəhidlərimizi rəhmət və minnətlə yad edir, qəhrəman qazilərimizə təşəkkür və ehtiramımı bildirirəm.

Avstraliya Azerbaycan Asosiyasi adından bir daha vurğulayıram ki, Türkiyə Cümhuriyyətinin demokratiyasının, millətimizin Türk Dünyasinin birliyinin və  Türk dövlətimizin əbədiliyinin hər zaman yanındayıq.

Unutmadıq, unutdurmayacağıq.

15 İyul şəhidlərimizi dərin hörmət və rəhmətlə anırıq.

Mikayil Oyta

Avstralia Azerbaycan Asosiyasi (AAA)

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …