
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta 15 iyulda Türkiyə hakimiyyətinə qarşı çevriliş cəhdi barədə bildiriş yayıb. Bildirişi olduğu kimi təqdim edirik:
2016-cı il 15 İyulda Türk millətinə, demokratiyamıza və Türk dövlətimizə qarşı edilən xain çevriliş cəhdini bir daha lənətləyirik. Həmin gecə millətimiz inamı, cəsarəti və qətiyyəti ilə küçələrə axışaraq vətəninə və demokratiyasına sahib çıxmış, bütün dünyaya örnək olacaq bir dirəniş nümayiş etdirmişdir.
O mübarək dirənişdə şəhidlik zirvəsinə ucalan aziz şəhidlərimizi rəhmət və minnətlə yad edir, qəhrəman qazilərimizə təşəkkür və ehtiramımı bildirirəm.
Avstraliya Azerbaycan Asosiyasi adından bir daha vurğulayıram ki, Türkiyə Cümhuriyyətinin demokratiyasının, millətimizin Türk Dünyasinin birliyinin və Türk dövlətimizin əbədiliyinin hər zaman yanındayıq.
Unutmadıq, unutdurmayacağıq.
15 İyul şəhidlərimizi dərin hörmət və rəhmətlə anırıq.
Mikayil Oyta
Avstralia Azerbaycan Asosiyasi (AAA)
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi